- Üçüncü sektor
- 15 İyul 2019 14:48
- 3 242
Yeni agent 007 rolunu qaradərili aktrisa canlandıracaq
Filmdə agent 007 təqaüdə çıxdığından bu vəzifəni Laşana Linçə ötürəcəklər
Superqəhrəman agent 007 haqda olan 25-ci filmdə baş rolu britaniyalı qaradərili aktrisa Laşana Linç canlandıracaq.
Filmdə agent 007 təqaüdə çıxdığından bu vəzifəni Laşana Linçə ötürəcəklər.
Xatırladaq ki, aktrisa əvvəl “Kapitan Marvel” (Captain Marvel, 2019) filmində çəkilib.
Filmdə baş rolları fransız aktrisası Lea Seydu, akmerikalı aktyor Ceffri Rayt, kubalı aktrisa Ana de Armas və amerikalı Billi Maqnussen canlandırırlar.
Qeyd edək ki, indiyədək agent 007 haqqında 24 film çəkilib. Bu vaxt ərzində ümumi kassa gəlirləri təxminən 10 milyard dollara çatıb.(AZƏRTAC)
AzNews.az