Görüntülərdən təsirlənən xalq artisti öz fikirlərini sosial media hesabında bildirib Görüntülərdən təsirlənən xalq artisti öz fikirlərini sosial media hesabında bildirib

Flora Kərimovanı hiddətləndirən görüntülər:"Utanırsınız heç?!" - VİDEO

Görüntülərdən təsirlənən xalq artisti öz fikirlərini sosial media hesabında bildirib

Xalq artisti Flora Kərimova ötən günün gündəminə çevrilmiş videoya sərt münasibət bildirib.

AzNews.az xəbər verir ki, sözügedən videoda maşından silahı çıxaran şəxs hər kəsin gözü önündə iti güllələyərək hadisə yerindən qaçıb.

Bu kadrlar sosial mediada geniş müzakirələrə səbəb olub. Görüntülərdən təsirlənən xalq artisti öz fikirlərini sosial media hesabında bildirib:

"Fərqi nədi uşaqların gözü önündə, ya təklikdə güllələdiniz, günün günorta çağı, ya gecə!!!

Bu qədər mərhəmətsizlik, bu qədər qəddarlıq hardandır sizdə?! İnsanlıqdanmı dönmüsünüz?! Balalarınızın üzünə necə gülə bilirsiniz, necə “sizə çörək almışam” deyibdə gözlərinə baxa bilirsiniz?! Heç vicdanınız sızlamır?! Görəsən, bir itin sədaqəti, təmənnasız sevgisi varmı sizdə?! İtdən qorxunuz yoxdur, Allahdan da qorxmursuz?!

Utanırsınız heç?!"

Aynur

AzNews.az