Son onilliyin ən zəngin musiqiçiləri bəlli oldu - REYTİNQ

Liderlərin üçlüyünü isə amerikalı müğənni Beyonse qapayır

“Forbes” jurnalı onilliyin ən zəngin musiqiçilərinin siyahısını hazırladı.

AzNews.az bildirir ki, reytinqdə birinci pillədə 950 milyon dollar sərvətlə amerikalı reper və prodüser Dr. Dre (Andre Romell Yanq) qərarlaşıb. Qeyd edilir ki, onun sonuncu albomu (“Compton”) 2015-ci ildə çıxsa da, musiqiçi 2014-cü ildə “Apple” tərəfindən alınan audioavadanlıqlar istehsal edən“Beats Electronics” şirkətinin həmtəsisçisi və səhmlərinin 20%-nin sahibidir.

İkinci yerdə amerikalı kantri-pop ifaçısı Teylor Svift (825 milyon dollar) gəlir. O, həmçinin 2019-cu ilin ən yüksəködənişli musiqiçilərinin reytinqində liderlik edir. Onun ən məşhur mahnıları “Shake It Off”, “Blank Space”, “Delicate”, “Style” və “Bad Blood”dur.

Liderlərin üçlüyünü isə amerikalı müğənni Beyonse (685 milyon dollar) qapayır.

Reytinqdə, eləcə də “U2”, “Diddy”, Elton Con, “Jay-Z”, Pol Makkartni, Keti Perri və Ledi Qaqa yer alıblar.

AzNews.az