Sizə imkan yaratsalar, xalqın pullarını yeyən məmurlar kimi dövlətin pulunu mənimsəyib bir birinizin başınıza səpəcəksiniz? Sizə imkan yaratsalar, xalqın pullarını yeyən məmurlar kimi dövlətin pulunu mənimsəyib bir birinizin başınıza səpəcəksiniz?

Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov avroları yerə səpələməkdənsə...

Sizə imkan yaratsalar, xalqın pullarını yeyən məmurlar kimi dövlətin pulunu mənimsəyib bir birinizin başınıza səpəcəksiniz?

Almaniyada mühacir olan və sosial şəbəkələrdə "Əli Oğuz" kimi tanınan Əli Həsənəliyev bu günlərdə Facebook profilində video paylaşaraq belə yazıb: "Bakıda siyasi məhbus həyatı yaşayan onlarla cəbhəçi olduğu halda AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov, Məhəmməd Mirzəli, Seyran Rəfiyev avroları Avropada belə yerə səpələyir. Utanmadan alkaşlıq edib, mahnı qoyub keyf məclisi qurur".

Video paylaşılandan sonra "Azərbaycandakı hakimiyyətə qarşı mübarizə" aparanlar arasında sosial şəbəkələrdə əvvəlcə mübahisələr başlanıb, sonra isə bu mübahisələr qarşılıqlı təhqirlərə, hədələrə və söyüşlərə çevrilib.

AzNews.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, alim Zaur Əliyev də bu olaya münasibət bildirib.

O, bu günə qədər xaricdə siyasi mühacirlər haqqında bir cümlə belə söz yazmadığını deyib:

"Ancaq bu gün gördüyüm kadrlar məcbur elədi məni.

İçmisiz, çəkmisizsə, bu da yaxşı...Mahnı qoyub rəqs edirsiz. Bu da lap yaxşı...

Amma "Bu gün ölkədə aclıq, səfalət var" kimi sözlərinizə inanıb aksiyalarda həbs edilən, yatan oğullar var. İşsiz vəziyyətdə sizə güvənib nəyinsə dəyişəcəyinə inanan insanlar var. "Bu gün onların ehtiyacları çoxdur" deyə statuslar yazırsınız, amma bir-birinizin başına avroları səpirsiniz. Budur sizin onlar üçün apardığınız işlər? Bu kadrlar göstərir ki, yalnız özünüzü düşünürsünüz. Yerə səpilən o pullarla bir ehtiyaclı insana dəstək ola,
xaricdə bu gün əzab çəkənlərə kömək edə bilərdiniz, lap o pulları tələbələrin təhsil haqqına da verə bilərdiniz. Amma o cür yekəxanalıq, özündən razılıq lazım deyildi. Sizin bizim toylarda pul səpələyən məmurlardan nə fərqiniz oldu?

Belə çıxır ki, sizə imkan yaratsalar, xalqın pullarını yeyən məmurlar kimi dövlətin pulunu mənimsəyib bir birinizin başınıza səpəcəksiniz?

İnsanların bədbəxtliyi üzərindən xaricdə qurulan o cür xoşbəxtlik Allahın da xoşuna gəlmir".

AzNews.az

image description