Bu təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər? Bu təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər?

Onlar kimsənin başda oturması yönündə kompromisə gələ bilməyib - Müşfiq Ələsgərli

Bu təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər?

Noyabrın 5-də Müsavat partiyası başqanının təşəbbüsü ilə partiyanın qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirildi. Məlumdur ki, müxtəlif vaxtlarda belə formatları gündəmə gətirməklə müxalifətin birliyi görüntüsü yaratmaq cəhdlləri yeni qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə nəticələnib. Bu dəfə isə başdan-ayağa korrupsiya və rüşvətxoşluq çamuruna bulaşmış keçmiş məhbus Əli İnsanovun "müxalifət birliyi"nə "pənah" gətirməsi cəmiyyətdə belə bir sual yaradır: Əli Kərimli Əli İnsanova beyət edəcəkmi?

Məsələni şərh edən Azərbaycan Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli öncə sözügedən toplantıdakı "yer davasından" danışıb. Bildirib ki, əslində, kimsəni ağsaqqal seçə bilməmələrində bir haqq var:

"Çünki, bu masa ətrafında oturanların hər biri haqqında ən ağır, nalayiq ifadələri elə özləri səsləndiriblər. İndi kimə və hansı üzlə “beyət etsinlər”? Aralarında sözünü eşidəcəkləri, kritik anlarda ağsaqqal sayacaqları kimsə qalmayıb, özləri-özlərini hörmətsiz ediblər".

Onun sözlərinə görə, tədbir başlayan andan aralarında qeyri-səmimilik, perspektivsizlik özünü göstərdi:

"Arif Hacılı bu tədbirdə “Dəyirmi Masa iştirakçılarının əlifba sırasına uyğun olaraq çıxış edəcəklərini” bildirib. “Əlifba sırası” ifadəsi təsadüfən ortaya çıxmayıb. Deyirlər ki, tədbirdən öncə ən ciddi müzakirələrdən biri “kimin harada, hansı stolda” oturacağı üzərində olub. Kimsənin başda oturması yönündə kompromisə gələ bilməyiblər və yekunda dairəvi stol ətrafına toplaşmağa qərar veriblər. Bu təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər?". (Trend)

AzNews.az