Partiya namizədlərinin siyahısı hazırdır Partiya namizədlərinin siyahısı hazırdır

Sərdar Cəlaloğlu namizədliyini irəli sürəcəyi dairəni açıqladı

Partiya namizədlərinin siyahısı hazırdır

Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

AzNews.az xəbər verir ki, partiyanın sədri Sərdar Cəlaloğlu namizədlərin siyahısının hazır olduğunu deyib.

O, öz namizədliyini irəli sürəcəyi dairənin də adını açıqlayıb: "Namizədliyimi 15 saylı Yasamal I seçki dairəsindən irəli sürəcəm".

Qeyd edək ki, hazırda 15 saylı Yasamal I seçki dairəsinin deputatı Ülvi Zahid oğlu Quliyevdir.

Bahar RÜSTƏMLİ

AzNews.az