Bu dairədən lider namizəd Hüseynbala Mirələmov idi Bu dairədən lider namizəd Hüseynbala Mirələmov idi

33 saylı seçki dairəsinin nəticələri ləğv olundu

Bu dairədən lider namizəd Hüseynbala Mirələmov idi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

AzNews.az xəbər verir ki, həmin dairə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

MSK üzvü İlkin Şahbazov ümumilikdə 40 seçki məntəqəsindən 21-i üzrə pozuntuların qeydə alındığını bildirib.