- Siyasi müzakirə
- 2 Aprel 2020 14:53
- 4 163
Milli Məclisin iclasının gündəliyi açıqlandı

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı da müzakirəyə çıxarılacaq
Milli Məclisin aprelin 7-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
AzNews.az xəbər verir ki, İclasın gündəliyinə 5 məsələ daxil edilib.
Bunlar Milli Məclis deputatının statusu, Milli Məclisin Daxili Nizamnaməsi və s. ilə bağlı qanunlara dəyişiklik layihələridir.
İclasda Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı da müzakirəyə çıxarılacaq.