- Siyasi müzakirə
- 20 May 2020 19:46
- 4 334
Azərbaycan MDB protokoluna qeyd-şərtlə qoşulur
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
AzNews.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilib.