Bu barədə Milli Məclisdən məlumat verilib Bu barədə Milli Məclisdən məlumat verilib

MSK-nın yeni tərkibi payızda formalaşdırılacaq

Bu barədə Milli Məclisdən məlumat verilib

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Milli Məclisdə deputatları çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından bildirilib ki, MSK-nın 6 üzvü YAP-ı təmsil edəcək: “Üzvlüyə namizədlərlə bağlı məsələ isə partiya tərəfindən payızda müzakirə olunacaq”.

Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir.

Seçki Məcəlləsinə əsasən, komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı təmsil edir. 6 üzvü bitərəf deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. (Report)

AzNews.az