Ermənistan varlığını, mövcudluğunu Rusiyaya borcludur Ermənistan varlığını, mövcudluğunu Rusiyaya borcludur

"Bizim hərbi qələbimizi siyasi və informasiya qələbəmiz də izləməlidir" -Günel Səfərova

Ermənistan varlığını, mövcudluğunu Rusiyaya borcludur

"Mülki əhalinin hücuma məruz qalması 12 avqust 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinin birbaşa pozulmasıdır. Hansı ki, Ermənistan da bu konvensiyanı ratifikasiya edib. Konvensiyanın məzmununa görə, Azərbaycan da, Ermənistan da ehtimal olunan münaqişə zamanı heç bir halda “combatant” (mübarizə aparan) olmayan, mülki əhalini hədəf almamaq və onların müdafiəsini təşkil etmək öhdəliyini qəbul edib".

Bu sözləri AzNews.az-a açıqlamasında "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib.

O bildirib ki, konvensiyanın tələbinə əsasən, müharibələr zamanı mülki obyektləri və əhalini hədəf almaq qadağandır və müharibə cinayəti hesab olunur: "Mülki əhali və obyektləri hədəf almaq beynəlxalq humanitar hüquqa, yəni 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasına 1977-ci ildə əlavə edilmiş 1-ci protokolun 52-ci maddəsinin 1-ci bəndinə görə qadağandır. Amma təəssüf ki, hər zaman olduğu kimi düşmənin əsas hədəfi mülki əhali olur. Hazırda bunun əsas səbəbi onların cəbhədə məğlub olmaqları ilə əlaqəlidir. Əsas niyyət Azərbaycanı Ermənistan ərazisinə adekvat cavab verməyə təhrik edib Rusiyanı bir başa prosesə cəlb etməkdir. Ermənistan varlığını, mövcudluğunu Rusiyaya borcludur.Ermənilər mülki əhalini planlı şəkildə hədəf alıblar və hücumun planlı olması onu beynəlxalq cinayətə çevirir".

Günel Səfərova qeyd edib ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsi Nizamnaməsinin iştirakçısı olmadığına görə, ora müraciət edə bilmir: "Amma BMT Təhlükəsizlik Şurası BCM Nizamnaməsinin iştirakçısı olmayan dövlətlərin ərazisində törədilən cinayətlərlə bağlı durumu ora yönəldə bilər. BMT TŞ-yə müracət etməliyik, oradakı dövlətlərin biri vasitəsilə məsələni həll etməyə çalışmalıyıq.

Əsas məsələ həm də mülki əhalinin vəziyyəti ilə bağlı məlumatları dünyaya çatdırmaqdır. Bəli tam razıyam ki, qərəzli münasibət hər yerdə var amma yenə də dayanmadan işləməliyik. Bizim hərbi qələbimizi siyasi və informasiya qələbəmiz də izləməlidir".

Səidə

AzNews.az