İgid oğullarımız öz qanı bahasına bu sevinci bizə yaşatdı İgid oğullarımız öz qanı bahasına bu sevinci bizə yaşatdı

"Bu regionda sarsılmaz gücə sahib Azərbaycan-Türkiyə qardaşlığını göstərdi" -deputat

İgid oğullarımız öz qanı bahasına bu sevinci bizə yaşatdı

“Dünən-10 dekabrda biz Zəfər paradı keçirdik. Zəfər paradımız müasir Azərbaycan tarixində yeni səhifə açmış oldu. Hər il 8 noyabr Qələbə Günü kimi qeyd olunacaqdır. Vətən müharibəsində böyük qələbəyə imza atmağımızla 200 illik Azərbaycan tarixinə yeni ifadə daxil etmiş olduq”.

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O açıqlamasında hazırda xalqımızın öz xoşbəxt günlərini yaşadığını qeyd edib:

“Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun bu zirvəyə imza atması ilə xalqımızın üstündən qaçqın-köçkün adı götürüldü, qalib xalq olduq, hər birimizə qürur verdi, baş ucalıq gətirdi. Zəfər paradında düşməndən qənimət kimi götürülmüş və məhv edilmiş hərbi texnikaları nümayiş etdirməklə düşmənlərimizə bundan sonra ölkəmizə kim təcavüz edərsə, onun taleyinin də paradda nümayiş etdirilən məhv edilmiş texnikaların taleyi gözləyir mesajını vermiş olduq. Paradda silahlanmaya yeni qəbul olunmuş hərbi texnikaları, həm də silahlanmada mövcud hərbi texnikalarımızın bir qismini nümayiş etdirməklə biz dünyaya Azərbaycan regionun böyük hərbi gücü olduğunu nümayiş etdirmiş olduq.

Deputat paradda prezidentlərin çıxışlarına da münasibət bildirib:

“Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın çıxışlarında Azərbaycanın müzəffər ordusunun göstərdiyi rəşadəti, xalqımızın dəmir yumruq kimi birləşdiyini, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirilməsi regionda sarsılmaz gücə sahib Azərbaycan-Türkiyə qardaşlığını göstərdi.

Bu zəfəri bizə yaşadan ordumuzun əsgər və zabitləri olub. İgid oğullarımız öz qanı bahasına bu sevinci bizə yaşatdı. Vətən torpaqları uğrunda sinəsini düşmən gülləsinə sipər etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralananlara şəfa, qazilərimizə can sağlığı arzulayıram.

Türkiyə Prezidentinin və türk mehmetciklərinin Zəfər paradımıza qatılması dünyaya Azərbaycanın tək olmadığını göstərməklə yanaşı gücmüzə güc qatdı”.

Səidə

AzNews.az