"Zamanında biz də təhsil ala-ala işləmişik" "Zamanında biz də təhsil ala-ala işləmişik"

"Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin"

"Zamanında biz də təhsil ala-ala işləmişik"

Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik.

AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov “Müsavat TV”-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.

Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib: “ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?”.

Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.