“Səhhətimdə irəliləyiş müşahidə olunur" “Səhhətimdə irəliləyiş müşahidə olunur"

Mirmahmud Mirəlioğlunun son durumu açıqlama

“Səhhətimdə irəliləyiş müşahidə olunur"

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhəti yaxşılaşmağa doğru gedir.

AzNews.az bildirir ki, bu barədə Kult.az-a Mirmahmud Mirəlioğlu özü məlumat verib.

“Səhhətimdə irəliləyiş müşahidə olunur. Amma hələ də danışmaqda çətinlik çəkirəm”, - deyə o bildirib.

Qeyd edək ki, koronavirusa yoluxan M.Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.