Bu barədə Türkiyə Prezident Administrasiyasının tvitter hesabında məlumat verilib Bu barədə Türkiyə Prezident Administrasiyasının tvitter hesabında məlumat verilib

Ərdoğan YAP nümayəndə heyətini qəbul etdi

Bu barədə Türkiyə Prezident Administrasiyasının tvitter hesabında məlumat verilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini AKP-nin mərkəzi qərargahında qəbul edib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının tvitter hesabında məlumat verilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.