Razi Nurullyevin cəmi 67 qəpiyi qalıb - Prezidentliyə namizədlərin maliyyə hesabatı

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb. Maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək olan dövrü əhatə edib.

Hesabatda maraqlı məqamlardan biri də budur ki, kinci maliyyə hesabatı dövründə prezidentliyə namizəd Razi Nurullayevin hesabında 3 min manat olub. Nurullayev həmin vəsaitin 2999 manat 33 qəpiyini təşviqata xərcləyib. Başqa sözlə, təşviqat üçün AMCP sədrinin təşviqat üçün xərcləməyə 67 qəpiyi qalıb.

AzNews.az

image description