Tərtərdə səsvermə seçici fəallığı şəraitində davam edir

Tərtər rayonunda bələdiyyə seçkiləri üzrə səsvermə prosesi seçici fəallığı şəraitində davam edir.

45 min 288 seçicinin qeydiyyatda olduğu 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində 3-ü qapalı olmaqla 53 seçki məntəqəsi fəaliyyət göstərir.

Həmin məntəqələrdən 9-u veb-kamera ilə təchiz olunub.

Dairə üzrə qeydiyyatda olan seçicilərdən 249-u səsvermə hüququndan ilk dəfə istifadə edəcək.

Məlumata əsasən, sözügedən dairədə qeydiyyatda olan 10 seçicinin yaşı 100-dən yuxarıdır.

Dairə üzrə ümumilikdə 94 yer uğrunda 185 namizəd mübarizə aparır. Səsvermənin gedişini 552 müşahidəçi izləyir.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

AzNews.az