- Siyasi müzakirə
- 7 Oktyabr 21:31
- 1 145
“Türkiyə həm NATO, həm də Türk Dövlətləri Təşkilatı arasında körpü rolundadır” - Kənan Novruzov

“Bu məsələnin reallığı var. Xüsusilə Türkiyə faktoru burada önə çıxır; Türkiyə həm Qərb dövlətlərini təmsil edir və NATO üzvüdür, həm də Türk Dövlətləri Təşkilatının üzvü kimi Ankara vasitəsilə birləşdirici rol oynayır. Digər tərəfdən, bu təşəbbüs yalnız Qafqaz regionuna deyil, eyni zamanda bir çox regiona sülh və iqtisadi inkişaf gətirə bilər. Buna görə də bir çox ölkə və dövlət üçün cəlbedicidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında üzv ölkələr arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, TDT ölkələri Avropa və Asiya arasında körpü rolunu oynayır və böyük nəqliyyat-logistika potensialına malikdir. O, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək TRIPP marşrutunu regionda əlaqələrin şaxələndirilməsi baxımından mühüm addım hesab edir.
Siyasi şərhçi bildirib ki, cənab nazir Ceyhun Bayramov bunun anonsunu verib.
“Hazırkı mərhələdə Türkiyə faktoru Azərbaycan üçün çox əhəmiyyətlidir, çünki Türkiyə və ABŞ arasında unikal münasibətlər mövcuddur. Bu baxımdan Türkiyə regionda NATO-nun təmsilçisi olaraq ABŞ üçün də maraqlı bir oyunçudur”.
Rəfiqə Namazəliyeva,
AzNews.az