Avtomobillər Azadlıq meydanında tribunanın önündən keçib Avtomobillər Azadlıq meydanında tribunanın önündən keçib
  • Hadisə
  • 10 Dekabr 2020 15:15
  •  7 052

Zəfər paradında “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub

Avtomobillər Azadlıq meydanında tribunanın önündən keçib

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib.

AzNews.az xəbər verir ki, PUA-ları daşıyan avtomobillər Azadlıq meydanında tribunanın önündən keçib.

Paradda Azərbaycanın istehsal etdiyi “İtiqovan” zərbə PUA-ları nümayiş olunub.

Daha sonra Vətən müharibəsində düşməni lərzəyə salan, düşmənə sarsıdıcı, dağıdıcı zərbələr vuran ən müasir PUA-lar olan “Bayraktar” və “Harop” Azadlıq meydanına daxil olub.