Ötən gecə cəbhədə baş verən hadisələr zamanı Tərtər rayonu üzrə 23 yaşayış evinə və 1 inzibati binaya mərmi düşüb. Ötən gecə cəbhədə baş verən hadisələr zamanı Tərtər rayonu üzrə 23 yaşayış evinə və 1 inzibati binaya mərmi düşüb.

Ermənilərin mərmi atdığı binalar arasında - Polis şöbəsi də var

Ötən gecə cəbhədə baş verən hadisələr zamanı Tərtər rayonu üzrə 23 yaşayış evinə və 1 inzibati binaya mərmi düşüb.


Bunu Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.

İcra başçısı bildirib ki, ermənilərin atdığı "qrad" mərmisindən biri Şuşa Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasının yaxınlığında partlayıb və binaya ciddi ziyan dəyib: "Ermənilərin cəbhəboyu yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində Tərtər şəhəri üzrə 4 yaşayış evinə mərmi düşüb. Bundan başqa, rayonun Qarağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazıyan kəndində 2, Qaynaq kəndində 3 və Səhləbad kəndində 2 fərdi yaşayış evinə ziyan dəyib".

İcra başçısı əlavə edib ki, həmçinin rayonun Qazıyan kəndində bir "VAZ 21099" markalı minik maşınına ziyan dəyib və bir baş at, Səhləbad kəndində isə 3 baş iribuynuzlu mal-qara tələf olub.

Report.az