Türkiyəyə məxsus hərbi helikopter Yunanıstana keçib. Türkiyəyə məxsus hərbi helikopter Yunanıstana keçib.

Türk hərbçilər Yunanıstana qaçdı - Sığınacaq istədi

Türkiyəyə məxsus hərbi helikopter Yunanıstana keçib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, helikopterin içində 8 nəfər olub. Onlardan 7-si hərbçi, 1-i isə mülki şəxs olub. Yunanıstana qaçan hərbçilərin sığınacaq istədikləri bildirilib. Hərbi vertolyotun Dedeağac adlanan ərazidə eniş etdiyi yayılan məlumatlar arasındadır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xəbəri təsdiqləyib. O, Yunanıstan hökumətinə bununla bağlı müraciət etdiklərini və ölkədən qaçan şəxslərin geri qaytarılmasını istədiklərini bildirib.