- Köhnə - Region
- 5 Avqust 2016 17:10
- 7 529
Türkiyədə PKK-çılarla ağır döyüş olub - Ölən və yaralananlar var
Türkiyənin Hakkari vilayətində terror aktı törədilib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Şemdinlidə hərbi baza bölgəsinə PKK terrorçuları tərəfindən hücum təşkil edilib. Hərbçilər dərhal terrorçulara cavab atəşi açıblar. Atışma nəticəsində 2 əsgər şəhid olub, 6 əsgər yaralanıb.
Münaqişənin davam etdiyi bölgəyə əlavə polis qüvvələri cəlb edilib. Sərhəddə PKK-lı terrorçuların yerləşdiyi nöqtələr top atəşinə tutulub. Daha sonra döyüş təyyarələri terrorçulara bombalamağa başlayıb.
Aydan AXUNDOVA