“Bütün bunları Saakaşvili edir” “Bütün bunları Saakaşvili edir”

İvanişvili Qərbə “od püskürdü”

“Bütün bunları Saakaşvili edir”



Gürcüstanın Baş naziri Bidzin İvanişvili Qərb mətbuatında ünvanına yazılan tənqidlərdən narazı qalıb.

AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, İvanişvili aparıcı Qərb mətbuatının Gürcüstanla bağlı tənqidi yazılar dərc etməsini Saakaşvilinin ölkə əleyhinə yürütdüyü siyasətlə əlaqələndirib.

O, bildirib ki, Saakşavili və onun ətrafı NATO və digər beynəlxalq strukturları yanlış məlumatlandırırlar: "Mənə qəribə gəlir, necə ola bilər ki, belə bir məqalə dərc edilsin? Bunu bizim prezidentimiz edir. Onun oralarda yaxşı əlaqələri var".

Qeyd edək ki, ABŞ-ın nüfuzlu Vaşinqton Post "Maqnat Baş nazir oldu" başlıqlı tənqidi məqalə dərc etmiş və İvanişvili hakimiyyətini "topa" tutmuşdu.

Sadiq Musa
AzNews.az