O, dövlət və hökumət rəsmiləri ilə görüşəcək O, dövlət və hökumət rəsmiləri ilə görüşəcək

Türkmənistan prezidenti Ermənistana getdi

O, dövlət və hökumət rəsmiləri ilə görüşəcək



Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Ermənistana səfər edib. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, türkmən prezidentini erməni həmkarı Serj Sarkisyan qarşılayıb.

Verilən məlumata görə, Berdiməhəmmədov Parlamentin sədri Hovik Abrahamyan, Baş nazir Tiqran Sarkisyanla görüşəcək. Onun İrəvan Dövlət Universitetində tələblər önündə çıxış edəcəyi də gələn xəbərlər arasındadır.

Qeyd edək ki, Türkmənistan prezidenti sonuncu dəfə 2010-cu ildə Ermənistana səfər etmişdi.

Sadiq Musa
AzNews.az