Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin açıqlama verib Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin açıqlama verib

İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin açıqlama verib





İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi fevralın ikinci yarısında Azərbaycana səfər edəcək. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin açıqlama verib.

O bildirib ki, H.Qəşqavi konsulluq məsələlərinə dair İranla Azərbaycan arasında keçiriləcək məsləhətləşmələrdə iştirak edəcək: "Görüşün fevralın ikinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulub. Məsləhətləşmələrdə hər iki ölkə vətəndaşları, təhsil alan tələbələr və məhbuslarla bağlı məsələlər müzakirə ediləcək".