- Köhnə - Region
- 22 Mart 2013 17:15
- 1 581
Ermənistan parlamenti qarşısında atışma

Bu gün Ermənistan parlamenti qarşısında silahlı qarşıdurma yaşanıb
Belə ki, yerli vaxtla təxminən 14:30 radələrində bıçaqla silahlanmış şəxs Ermənistan parlamentinin binasına soxulmağa cəhd göstərib.
Təhlükəsizlik nümayəndələri ondan bıçağı yerə qoymağı tələb etsələr də o buna əməl etməyib. Bundan sonra güc strukturlarının əməkdaşları ona odlu silahdan atəş açıblar.
Şahidlərin sözlərinə görə, iki atəş səsi eşidilib. Hazırda cinayətkar Yerevandakı xəstəxanalardan birinə yerləşdirilib.
Aynur Hüseynova
AzNews.az