- Köhnə - Region
- 20 İyun 2018 19:37
- 7 388
Qaradağda yük maşını aşdı - Bakıya giriş bağlandı (Fotolar)

Bakı-Qazax yolunun 44-cü kilometrliyində betonqarışdıran maşın aşıb.
AzNews.az Lent.az-a istinadən xəbər verir ki, təxminən iki saat əvvəl “99 JM 011” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi aşıb. Nəqliyyat vasitəsi ciddi ziyan görüb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Nəticədə Bakı-Qazax yolunun qəza baş verən hissəsində avtomobillərin hərəkətində problem yaranıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.




