- Köhnə - Region
- 24 Mart 2013 17:31
- 2 035
Saakaşvili yekun qərar verdi
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə parlamentinin növbədənkənar iclasının çağırılması haqda sərəncam imzalayıb
ANS PRESS-in verdiyi məlumata görə, müvafiq sənədin mətni prezidentin rəsmi səhifəsində yerləşdirilib.
Gürcüstan parlamentinin növbədənkənar iclası sabah saat 14.00-da keçiriləcək. Deputatlar 49 məsələ ilə bağlı öz mövqelərini bildirəcək. Onların arasında prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan Konstitusiya dəyişiklikləri də yer alıb. Yalnız "Ümumi məhkəmələr haqqında" qanun layihəsi istisnadır. Sözügedən qanun layihəsi Venesiya Komissiyasının tövsiyyələrinə zidd olduğu üçün prezident Saakaşvili onu müzakirəyə çıxarılacaq sənədlər siyahısından çıxarıb.
AzNews.az