- Köhnə - Region
- 31 Mart 2013 20:12
- 3 485
Prezidentə sirli məktub
Bildirib ki, Berezovski həqiqətən Putinə məktub yazıb və bunu ölkəyə qayıtmaq üçün yeganə vasitə hesab edib. Y.Sabirova məktunun əlyazmasını gözləri ilə gördüyünü və daha sonra Berezovskinin məktubu ona oxuduğunu vurğulayıb: "O üzr istəyirdi və qayıtmaq istədiyini bildirirdi".
Məktubun ötən ilin payızında Moskvaya göndərildiyini deyən Y.Sabirova oliqarxın cavab gözlədiyini də qeyd edib: "O çox siqaret çəkirdi, evdən çıxmırdı, heç kəslə görüşmək istəmirdi. Sonra nə edəcəyini bilmirdi. Buna baxmayaraq mən onun intihar edə biləcəyinə inanmıram".
Elnarə Əlosmanqızı
AzNews.az