- Köhnə - Region
- 8 Aprel 2013 11:20
- 2 398
“Gələn il TANAP layihəsi üzrə ciddi işlərə başlanacaq“
Bu layihə üzrə 1800 km boru xəttinin tikintisi aparılmalıdır.Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
Nazir bildirib ki, hazırda kəmərin Türkiyə ərazisindən keçəcəyi hissənin dəqiqləşdirilməsi aparılır: "Layihəni hazırlayan şirkət öz mərkəzini Türkiyəyə köçürüb. Gələcəkdə TANAP-la nəql olunan qaz istər TAP (TransAdriatik boru kəməri) vasitəsilə Avropanın cənubuna, istərsə də "Nabucco-West"lə Avropanın şimalına ixrac oluna bilər".
Kəmərin "Nabucco-West"ə qoşulub-qoşulmayacağı barədə suala isə nazir "bununla bağlı qərarı "Şahdəniz" konsorsiumu qəbul edəcək", - deyə bildirib.
T.Yıldız Türkiyənin Avropa və Asiya arasında hər bir sahədə mühüm rol oynaya biləcəyini, amma bu coğrafi üstünlükdən sui-istifadə etmədiyini də vurğulayıb
AzNews.az