Türkiyədə rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvilinin başına xoşagəlməz hadisə gəlib. Prezident velosipedlə gəzintisi zamanı yıxılaraq qolunu sındırıb. AzNews.az-ın məlumatına görə, bu barədə Türkiyə KİV-i xəbər yayıb. Bazar günü baş verən insidentdən sonra dövlət başçısı dərhal xəstəxanaya çatdırılıb. Saakaşvilinin bu günə nəzərdə tutulan bütün proqramları səhhəti ilə bağlı təxirə salınıb.
AzNews.az