- Köhnə - Region
- 8 Aprel 2013 19:12
- 2 641
İran xarici işlər naziri Ermənistanda
İran xarici işlər naziri Əli Əkbər Salehinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib
APA-nın məlumatına görə, səfərdə məqsəd Ermənistan prezidenti Serj Sarkisyanın andiçmə mərasimində iştirak etməkdir. Bundan əlavə, Ə. Salehinin səfər çərçivəsində Ermənistanın bir sıra rəsmiləri ilə görüşlər keçirəcəyi, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.
AzNews.az