- Köhnə - Region
- 15 Aprel 2013 08:31
- 3 243
Ərdoğan Qəzzaya mayda gedəcək
Türkiyə Baş nazirinin Qəzza sektoruna səfərinin vaxtı məlum olub
Türkiyə Baş naziri Rəcəb Tayyib Ədroğan mayın sonunda Qəzza sektoruna səfər edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "TRT Haber" telekanalı xəbər yayıb.
Daha əvvəl Ərdoğanın səfəri aprel ayına planlaşdırılmışdı.
Ərəb KİV-nin verdiyi məlumatlar görə, "HƏMAS" təşkilatının bəzi üzvləri Ərdoğanın Qəzzaya səfərinə qarşı çıxıblar.
AzNews.az