- Köhnə - Region
- 26 Aprel 2013 10:52
- 3 643
“1 milyon azərbaycanlı İrana gedəcək“
“Azərbaycanla İranın cənub sərhədlərini birləşdirəcək Rəşt-Astara dəmir yolunun təkmilləşdirilməsi üçün işlər sürətlə davam etdirilir”
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Möhsün Pak Ayin deyib.
O, dəmiryol xəttinin bölgə üçün iqtisadi əhəmiyyətini vurğulayıb. Səfir qeyd edib ki, İran-Azərbaycan sərhəd-gömrük məntəqələrinin fəaliyyətinin 12 saatadək artırıldığını da qeyd edib.
Möhsün Pak Ayin turizm sahəsində əlaqələrin genişləndiyini də deyib: "Turizm sahəsində də əməkdaşlıq inkişaf edir, xüsusən də müalicə turizmi sahəsində bu proses artır. İlin sonunadək 1 milyon Azərbaycan vətəndaşının turist kimi İrana səyahət edəcəyi qənaətindəyik".
AzNews.az