Ata qızını 300 nəfərin gözü qarşısında asdı

Əfqanıstanda ata ər evini tərk edən 20 yaşlı qızını hamının gözü qarşısında cəzalandırıb.

"Amnesty International"ın məlumatına görə, hadisə Bqadisdə qeydə alınıb. Demək olar ki, nəzarətdən tamamilə kənarda qalan bu bölgədə qadınlara qarşı cinayətlər hər gün artır.

Növbəti cinayəti isə əri evini tərk edən qızını cəzalandıran ata törədib. O, Həlimə adlı qızının necə cəzalandırılması ilə bağlı böyüklərin fikirlərini öyrənib və daha sonra məsləhətləri icra edib. Ailə qızın ölümünə fətva verib.

300 nəfərin gözü qarşında ölüm hökmü icra edilib. Polis hadisədən xəbər tutduqdan sonra bölgəyə əlavə qüvvələr yeridilərək hadisənin iştirakçı və tamaşaçılarını axtarıb. Ancaq qızın gözləri qarşısında öldürülməsinə baxmayaraq 300 nəfərdən heç kəs şahidlik etməyib.

Elnarə
AzNews.az