İran Xarici İşlər Nazirliyindəki (XİN) mənbə ölkə XİN-in diplomatlarından birinin həbs olunması xəbərini təsdiqləyib İran Xarici İşlər Nazirliyindəki (XİN) mənbə ölkə XİN-in diplomatlarından birinin həbs olunması xəbərini təsdiqləyib

İran XİN diplomatın həbsini təsdiqlədi

İran Xarici İşlər Nazirliyindəki (XİN) mənbə ölkə XİN-in diplomatlarından birinin həbs olunması xəbərini təsdiqləyib



Bu barədə İranın İSNA xəbər agentliyi məlumat verir.

Adının açıqlanmasını istəməyən XİN rəsmisi jurnalistin sualını cavablandırarkən diplomtanın həbs olunduğunu təsdiqləyib, lakin bununla bağlı detalları açıqlamayıb.

Qeyd edək ki, ötən gün Reuters agentliyi İranın BMT-dəki sabiq diplomatlarından olan Baqer Əsədinin həbs olunması barədə məlumat yaymışdı. Həbs olmamışdan öncə ƏsədininTehranda D-8 qrupunın katibi olduğu bildirilir.

Məlumata görə, Əsədi martın ortalarında Tehranda həbs olunub. Onun hansı ittihalmlarla həbs olunduğu məlum deyil.

AzNews.az