- Köhnə - Region
- 2 May 2013 09:43
- 4 063
Ermənilər daha bir bomba hazırlayır
Məşhur rejissorlar "Erməni soyqırımı"na film çəkirlər
Ermənistan hökuməti qondarma erməni soyqırımını əbədiləşdirmək üçün yeni bir film çəkməyi planlaşdırır
"Ermənistan 3 nəsil" adlı bu film 1915-ci ildən bu yana erməniləri yaşadığı həyat və "soyqırımın" onların həyatına olan təsirindən bəhs edəcək. "Belə filmlər indi demək olar ki, çəkilmir. Çəkilsə də, o qədər də təsirli və effektli olmur. Bizim çəkdiyimiz filmdə faktlarla yanaşı, insan həyatı olacaq. Filmdə insan hisslərinin zamanla necə dəyişdiyini və müharibələrin , soyqırımın insan talelərinə necə mənfi təsirindən danışacağıq", -deyə rejissor bildirib.
Nubarın sözlərinə görə, film "erməni soyqırımı"nın yüz illiyinə həsr ediləcək və 2014 cü ildə işıq üzü görəcək. "Mən inanıram ki, bizim film dünyanın bir çox ölkəsində yayımlanandan sonra artıq soyqırımı tanıtmaq istiqamətində əziyyət çəkməyəcəyik. Nə yaxşı kı, dövlət bizə dəstəkdir və filmin xərclərini ödəyir".
Qeyd edək ki, Nubar Aleksanyan ömrünün 35 ilini rejissorluq və foto sənətinə həsr edib. Dünyanın 40-dan çox ölkəsində olan Nubar 24 yaşlı qızı ilə birgə bir çox nüfuzlu jurnalların və filmlərin rejissoru olublar. İndi Nubar və qızı Ebbi "Erməni soyqırımı"nı əbədiləşdirən film üzərində çalışırlar.
Aynur Hüseynova
AzNews.az