Bu ilin yanvar-mart aylarında Ermənistanın sərhəd keçid məntəqələrindən ümumi xarici sərnişin dövriyyəsi 826 min 700 nəfər təşkil edib Bu ilin yanvar-mart aylarında Ermənistanın sərhəd keçid məntəqələrindən ümumi xarici sərnişin dövriyyəsi 826 min 700 nəfər təşkil edib

32574 nəfər Ermənistanı tərk etdi

Bu ilin yanvar-mart aylarında Ermənistanın sərhəd keçid məntəqələrindən ümumi xarici sərnişin dövriyyəsi 826 min 700 nəfər təşkil edib



APA-nın məlumatına görə, Ermənistan Milli Statistika Xidməti son üç ildə Ermənistana 394 min 825 nəfərin gəldiyini bildirir. Bunlardan 223 min 710 nəfəri Ermənistan vətəndaşıdır. Ölkədən gedənlərin sayı isə 431 min 923 nəfər, o cümlədən 259 min 210 Ermənistan vətəndaşı təşkil edib.

Bununla da bu ilin yanvar-mart aylarında ölkəyə gedən və gələnlərin sayında mənfi saldo yaranıb (37 min 98 nəfər). Onların 35 min 500 nəfəri Ermənistan vətəndaşıdır. Müqayisə üçün qeyd edək ki, bu ötən ilin müvafiq dövründə ölkəni 25 min 394 nəfər tərk edib.

Ümumilikdə yanvar-mart aylarında xarici sərnişin dövriyyəsində 657 min 45 nəfər iştirak edib (2012-ci ilin müvafiq dövründə 524 min 914 nəfər). Bu müddətdə ölkəyə 155 min 502 nəfər Ermənistana vətəndaşı gəlib, 188 min 76 nəfər vətəndaş isə gedib. Bununla da ölkəni 32 min 574 Ermənistan vətəndaşı tərk edib.

AzNews.az