- Köhnə - Region
- 2 May 2013 15:02
- 3 969
İran prezidenti həbs olundu
Dindirilməyə götürülərkən Mahmud Əhmədinejadın mühafizəçiləri tərkisilah edilib, onların bütün rabitə vasitələri əllərindən alınıb, prezident isə "İran İslam İnqilabının Keşikçiləri Korpusu"nun (SEPAH) əks-kəşfiyyat idarəsinin yüksək rütbəli zabitləri tərəfindən dindirilib.
Məlumatlara görə, dindirilmə prosesi 7 saat davam edib. M.Əhmədinejadın ifadəsinin alınması əməliyyatına SEPAH-ın təhlükəsizlik və əks-kəşfiyyat idarəsinin rəisi, general Hüsseyn Taebi başçılıq edib.
İddialara görə, M.Əhmədinejad və onun yaxın ətrafı "İran adlanan yerdəki hakimiyyətin mövcudluğu və sabitliyi , habelə ölkənin təhlükəsizliyi və rifahı üçün təhlükə yarada biləcək məlumatlarla sənədləri açıqlamaq cəhdləri"ndə suçlanıb.
Elnarə
AzNews.az