İran Xarici İşlər Nazirliyi bu ölkədə həbs olunan iki azərbaycanlı barəsində məlumat yayıb İran Xarici İşlər Nazirliyi bu ölkədə həbs olunan iki azərbaycanlı barəsində məlumat yayıb

İrandan həbs olunan azərbaycanlılarla bağlı açıqlama

İran Xarici İşlər Nazirliyi bu ölkədə həbs olunan iki azərbaycanlı barəsində məlumat yayıb



Məlumatda bildirilir ki, soydaşlarımız İrana turist kimi səfər ediblər, lakin bəzi "qanunsuz əlaqələr" yaratmaqda ittiham olunublar. Həmin şəxslərə qarşı irəli sürülən ittihamlara hazırda İran məhkəməsi tərəfindən baxılır.

Qeyd edək ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Ettelaat tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib. (qafqazinfo.az)

AzNews.az