Türkiyənin ilk qadın pilotu haqqında gizlinlər Türkiyənin ilk qadın pilotu haqqında gizlinlər

Atatürkün mənəvi qızı erməni imiş

Türkiyənin ilk qadın pilotu haqqında gizlinlər



Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mənəvi qızı Səbiha Gökçen əslində erməni olub. Belə bir fikri "Radikal" qəzetinin yazarı, tarixçi Ayşə Nur öz köşə yazısında qeyd edib.

S. Gökçenin erməni Hatun Sebilciyan olduğunu yazan müəllif Türkiyənin ilk qadın pilotunun həyatından bəzi məqamları da xatırladıb.

22 mart 1913-cü ildə Bursada dünyaya göz açan bu qız valideynlərini kiçik yaşda itirib. 1925-ci ildə Mustafa Kamalın Bursaya səfəri zamanı mühafizəçilərin gözündən yayınıb köşkün bağçasına çıxan qız oxumaq istədiyini bildirib. Bundan sonra Atatürk onu özünün mənəvi qızı elan edib.

Qeyd edək ki, Türkiyədə öldürülən erməni əsilli jurnalist Hrant Dink də vaxtilə bu mövzuya toxunub. O, Səbiha Gökçenin xalası olduğunu iddia edən Antep əsilli, Ermənistan vətəndaşı Xrispim Sebilciyan-Gazalyan ortaya çıxdığını bildirib. Həmin qadın S.Gokçenin uşaq evindən götürülən erməni qızı olduğunu iddia edirdi.

Elnarə
AzNews.az