İran yenə silkələndi

İranın cənubunda Xormozqan əyalətində bazar günü Rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ baş verib

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların mərkəzi 25 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin episentri Minab şəhərindən 80 kilometr cənub-şərqdə olub.

Zəlzələ yerli vaxtla saat 05:07-də baş verib.

Dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat yoxdur.

AzNews.az