İranda yenidən zəlzələ

Mayın 14-ü gecə İranda zəlzələ baş verib



APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri Buşəhr vilayətinin Kaki şəhəri olub.

4.9 bal gücündə olan zəlzələ yerli vaxtla saat 02:49-da (Bakı vaxtı ilə 03:19) yerin 16 km dərinliyində meydana gəlib. Təbii fəlakət Kakidən 10 km, Abdandan 31 km, Bərdxondan 34 km və Tehrandan 818 km uzaqlıqda baş verib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, son dörd gündə İranda irili-xırdalı yüzlərlə yeraltı təkan qeydə alınıb.

AzNews.az