“Türkiyə Hava Yolları“nın işçiləri kütləvi tətil keçirirlər

"Türkiyə Hava Yolları"nın işçiləri kütləvi tətil keçirirlər. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər yayıb.

"Türk Hava Yolları"nın yüzlərlə əməkdaşı şirkətin Baş müdiriyyət binasının qarşısında tətil edir.

Tətillərin əsas məqsədi aviaşirkət rəhbərliyi ilə kollektiv müqavilənin bağlanması barədə razılığın əldə olunmasıdır.

Qəzetin məlumatına görə, hələlik tətillər aviareyslərin ləğv olunmasına gətirib çıxartmayıb. Lakin tətillərin davam etməsi nəticəsində bəzi aviareyslərin ləğv olunması və ya təxirə salınmas istisna olunmur.

Tətilin keçirildiyi yerə 500 nəfərdən ibarət Türkiyə təhlükəsizlik qüvvələri göndərilib.

AzNews.az