Vladimir Putin boşandı - VİDEO

Rusiya prezidenti Vladimir Putin və Lyudmila Putin "Rusiya -24" kanalının efirində nikahlarının başa çatdığını elan ediblər.

Prezident bu qərarını "sivil boşanma" adlandırıb.

Lyudmila Putina da jurnalistlərə açıqlamasında "Bəli demək olar ki, bu mədəni boşanmadır", - deyə bildirib.

Qeyd edək ki, Rusiya prezidenti uzun zamandan sonra bu gün həyat yoldaşı ilə birgə görüntülənmişdi. Putin yoldaşı Lyudmila ilə Kreml Dövlət Sarayında "Esmeralda" baletini izləməyə getmişdilər.


AzNews.az