- Köhnə - Region
- 7 İyun 2013 21:47
- 3 148
“Türkiyə hadisələrinin arxasında PKK təşkilatı dayanır”
“Sosial şəbəkələrdən istifadə edənlər isə yazdıqları mesajlara diqqət etsinlər”
"Doğrudur ki, Taksim gəzi parkı aksiyasında günahsız xalqın tələbləri var. Amma bu hadisələrin arxasında PKK terror təşkilatı var".
Bu iddialarla Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı çıxış edib. Mərkəzi İdarə Heyəti və partiyanın əyalət təşkilatları sədrlərinin iclasında çıxış edən MHP lideri terror təşkilatının müqavimət hərəkatı üçün zəmin hazırladığını deyib. Hökumətin PKK ilə "Sülh danışıqları" cəhdlərini tənqid edən Baxçalı bildirib ki, sülh danışıqlarını dəstəkləyənlərlə gəzi parkı aksiyalarının arxasında dayananlar paralellik göstərir.
"Axşam" qəzetinin məlumatına görə, daha əvvəl MHP üzvlərinə bu aksiyalardan uzaq olmağı tapşıran Baxçalı onlara bir daha bu istiqamətdə xəbərdarlıq edib. "Bu aksiyalarda iştirak edən sənətçilər qondarma "sülh danışıqları" prosesində səssiz qalmağa üstünlük vermişdilər. MHP "Milli Dəyərləri Qoru və Yaşat" mitinqləri ilə hökumətin təzyiqyönlü siyasətinə etiraz etməyi öyrənib. Amma biz bütün bunları demokratik hüquqlarımızdan istifadə edərək həytata keçirmişik. Sosial şəbəkələrdən istifadə edənlər isə yazdıqları mesajlara diqqət etsinlər və partiyanın məsuliyyıtini unutmasınlar".
AzNews.az