- Köhnə - Region
- 7 İyun 2013 23:46
- 2 857
Deputatdan Türkiyə olaylarına sərt reaksiya– VİDEO
Milli Məclisin üzvü Adil Əliyev Türkiyədə yaşanan olaylara yenidən münasibət bildirib. O, öz "facebook" səhifəsində bu dəfə bir qrup erməninin keçirdiyi aksiyanın videosunu yayaraq, bir neçə gün əvvəl Türkiyədəki hadisələrə verdiyi şərhi xatırladıb.
Qeyd edək ki, A.Əliyev son günlər Türkiyədə baş verən hadisələrə görə, narahat olduğunu, bu məsələlərdən düşmənlərin öz xeyirlərinə istifadə edəcəklərini bildirmişdi: "Baş verən hadisələrə hər kəsin öz fikri ola bilər və ona hörmətlə yanaşmalıyıq. Yaşanan hadisələr ürəyimizi ağrıdır. Qardaş ölkədə hansısa ürəkağrıdıcı hadisə baş verən zaman, buna ən çox üzülən Azərbaycan insanı olur. Türkiyəni sevməyən qüvvələr baş verə biləcək hadisələri öz maraqları üçün istifadəyə cəhd edə bilərlər. Unutmamalıyıq ki, burada nə olacaqsa, bunun ən böyük zərbəsi Türkiyə və türk xalqına dəyəcək. Bu isə düşmənləri sevindirəcək".
Millət vəkili bu fikirlərinin sübutu kimi, ermənilərin keçirdiyi aksiyanın video görüntülərini yayıb. Məlumat üçün deyək ki, həmin videoda Taksim Gezi Parkına "Hrant Dink Caddesi" adının verilməsi məsələsi qaldırılır. Bundan başqa ermənilərin soyqrıma uğradığı söylənilir və "Türkiyə Cümhuriyyəti qatil dövlətdir" deyilir...
Millət vəkilinin paylaşdığı həmin videonu təqdim edirik:
Azər
AzNews.az