İranda səsvermə başa çatdı

İranda bu gün keçirilən prezident seçkilərində səsvermə bütün ölkə ərazisində başa çatıb.


Tehran vilayətində səsvermə yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə 23:30-da) bitib. Digər vilayətlərdə isə səsvermə yerli vaxtla saat 22:00-da (22:30) başa çatıb. Artıq kiçik şəhərlərdə səslərin sayılmasına başlanılıb.

Qeyd edək ki, İranda XI dövr prezident seçkilərində səsvermə prosesi yerli vaxtla səhər saat 08:00-da başlayıb. Səsvermə axşam saat 18:00-da bitməli olsa da, ancaq əvvəlcə iki, sonra bir, daha sonra bir saat artırılıb. Eyni zamanda Tehran vilayəti üçün səsvermə daha bir saat artırılıb.//APA//

AzNews.az