Polis əməkdaşı 13 yaşlı qızı zorlamaqda ittiham edilir

Ermənistanın Dövlət Yol Polisinin işçisi Vahan Ambarsumyan və dostu Sasun Abramyan Sevan şəhərinin 13 yaşlı sakinini zorlamaqda ittiham edilirlər. Anspress erməni mətbuatına istinadən bildirir ki, bu barədə cinayət işi Ermənistan xüsusi istintaq xidməti tərəfindən qaldırılıb.

Hadisə avqustun 4-də baş verib. Sevan şəhərinin sakini polisə müraciət edərək 13 yaşlı qızının evə gəlməməsi barədə məlumat verib. Qız Sevan şəhərində aşkar edilib və polis bölməsinə gətirilib. O, gecəni Ankavanda keçirdiyini söyləyib. Müayinə zamanı onun biləyində cırmaq izləri ortaya çıxıb. Qız biləyini bıçaqla kəsdiyini söyləyib. Polislər onu dindirmək üçün psixoloq çağırmalı olublar. Daha sonra qız Ankavandakı "Qaynar bulaq" istirahət zonasında sözügedən şəxslərlə cinsi əlaqədə olduğunu etiraf edib.

AzNews.az