Rusiyada fövqəladə vəziyyət elən olundu

Rusiyanın Amur vilayətinin Beloqorsk şəhərində ardı kəsilməyən yağışlar səbəbindən fövqəladə vəziyyət elən olunub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə gün ərzində yağan yağıntıların miqdarı 102.2 millimetr olub. Bu da aylıq normanın 450 faizini təşkil edir. Torpaq yağıntıları hopdura bilmədiyindən evləri artıq su basmağa başlayıb. Məsul xidmətlər bəzi evlərə enerji verilməsini dayandırmağa məcbur olublar. Şəhər rəhbərliyi zərər görmüş vətəndaşlara təzminat verilməsi barədə qərar qəbul edib.

Belə vəziyyət Amur vilayətində artıq üç həftədir ki, davam edir. Amur çayının səviyyəsi 525 santimetrədək qalxıb. Aidiyyatı qurumlar vəziyyətin daha da ciddi olmaması üçün çaylarda bəndlər qururlar. Bu günə olan məlumata əsasən, 34 yaşayış məntəqəsi və 741 ev su altında qalıb.

AzNews.az